16 C
Baku
28 Mart 2024, 13:13
Baş xəbərDünya

Ukraynadakı son vəziyyət

Ukraynanın paytaxtı Kiyev yenidən Rusiya hücumlarının hədəfi olub. Hücumlarda 5 nəfərin yaralandığı bildirilib.

Bugun.tv xəbər verir ki, Ukrayna isə Rusiya ordusunun mayın 9-na kimi Bəhmutu ələ keçirməyi planlaşdırdığını açıqlayıb.

Kiyevin iki hava limanından biri olan Juliany hava limanında vurulan Rusiyaya məxsus pilotsuz təyyarənin düşdüyü açıqlanıb. Uçuş aparatı mənzilə düşüb.

Odessada şəhərində isə ərzaq anbarına ziyan dəyib.

Bhamutda Ukrayna və Rusiya orduları arasında böyük mübarizə gedir. Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski Rusiya ordusunun Bəhmutda hücumlarını gücləndirdiyini bildirib.

Rusiya ordusunun Rusiyada “Qələbə günü” kimi qeyd olunan 9 may tarixinə qədər şəhəri ələ keçirməyə çalışdığını bildirən Sirski, Ukrayna ordusunun bunun qarşısını aldığını qeyd edib.

Rusiya Bəhmutdan geri çəkilməyəcəyini açıqlayıb. Vaqner, Bahmutda 280 metr irəlidə, 2 vergül 37 kilometrlik bir ərazinin Ukrayna ordusunun nəzarətində qaldığını iddia edib.

Digər tərəfdən, Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına hücum edəcəyi iddiasından sonra bölgə əhalisi təxliyə edilib.

660-ı uşaq olmaqla 1679 nəfərin rayonu tərk etdiyi bildirilib.

Ukrayna ordusu münaqişə başlayandan bəri həlak olan rus əsgərlərinin sayının 193 mini keçdiyini də açıqlayıb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna Xarici İşlər Naziri: “Ölkələr Rusiyasız taxıl ixracını müzakirə edirlər”

Nigar Məmmədova

Elan: “Bir Peşənin Sirri” festivalı keçiriləcək

Aynur Camal

“Freddi” tropik fırtınası insan ölümünə səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu