Digər

Sergey Lavrov: “Suriyalı qaçqınların evlərinə təhlükəsiz qayıtması Rusiya, Suriya, Türkiyə və İran üçün prioritetdir”

Rusiya Xarici İşlər naziri

“Suriyalı qaçqınların evlərinə təhlükəsiz qayıtması üçün səylərə kömək etmək Moskva, Dəməşq, Ankara və Tehran üçün əsas prinsiplərdən biridir”.

Bugun.tv xəbər verir ki, bu fikri Rusiyanın baş diplomatı Sergey Lavrov bildirib.

“Burada olan bütün ölkələr üçün qaçqınların və məcburi köçkünlərin Suriyadakı daimi yaşayış yerlərinə təhlükəsiz və könüllü qayıtmasına kömək olmaq, həmçinin onların dəstək almaq hüququnu təmin etmək əsas prinsip olub”, – Lavrov bildirib.

Qeyd edək ki, Ankara ilə Dəməşq arasında münasibətlər 2011-ci ildə Suriyada başlayan münaqişədən sonra, suriyalı qaçqın axınının Türkiyəni basmasından sonra korlanıb. Bundan sonra iki ölkə arasında diplomatik əlaqələr də kəsilib.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu