Baş xəbərDünya

İlon Mask istefa verdi

Bugun.tv xəbər verir ki, İlon Mask Twitter-in baş direktoru vəzifəsindən istefa verib. O şirkət üçün yeni baş direktoru işə götürdüyünü açıqlayıb. Musk bildirib ki, yeni icraçı direktor 6 həftə sonra işə başlayacaq.

Twitter hesabında etdiyi paylaşımda, “Twitter üçün yeni CEO işə götürdüyümü elan etməkdən çox həyəcanlıyam. Təxminən 6 həftə sonra başlayacaq” – ifadələrini işlədib.

Yeni CEO-dan sonra Musk, rolunun məhsullara, proqram təminatına və xidmətlərə nəzarət edən İdarə Heyətinin sədri və Baş Texnologiya Direktoru (CTO) olacağını bildirib.

Maskın paylaşımından yeni CEO-nun qadın olacağı anlaşılsa da, ad verilməyib.

Qeyd edək ki, bəzi Tesla səhmdarları Twitter-in Maskın diqqətini yayındırdığına inanırdılar və onun Tesladakı vəzifələrinə diqqətini cəmləyə bilməməsindən narahat idilər.

Mənbə: criturk.com

Aynur Camal

Oxşar xəbərlər

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Böyük Britaniyada 17 min illik mağara rəsmləri yenidən qiymətləndirilib

Aynur Camal

Avropada isti hava həyəcanı: Fransa və Belçikada narıncı xəbərdarlıq elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu