Baş xəbər

HHQ-də təkmilləşdirmə kursunun ilk buraxılış mərasimi keçirilib

Bugun.tv xəbər verir ki, cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində bölük (batareya) komandiri, aviasiya manqa komandiri və ona bərabər vəzifələrə təyin olunacaq namizədlərin, eləcə də bu vəzifələrə təyin edilmiş hərbi qulluqçuların təkmilləşdirmə kursunun ilk buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər məzunlara HHQ komandanının təbriklərini çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətindən danışıb, zabitlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə fotosu çəkdirilib.

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Hindistan kinosunun əfsanəvi filmi Bakıda böyük maraqla qarşılandı

Aynur Camal

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu