31.3 C
Baku
10 Avqust 2026, 16:37
Baş xəbərDünya

Sionist rejim Qəzzəyə hücumlarını davam etdirir

Bugun.tv xəbər verir ki, Sionist işğal rejimi mühasirədə olan Qəzzanın müxtəlif bölgələrində bəzi evlərə hava zərbələri endirib.

Aralarında qadın və uşaqların da olduğu 33 fələstinli şəhid olub, azı 95 nəfər yaralanıb.

Hücumlarda 3 bina tamamilə dağılıb, bəzi yaşayış evlərinə ciddi ziyan dəyib.

Sionist işğal rejiminin verdiyi bəyanatda İslami Cihad rəhbərliyindən Halid Əzzam və Məhəmməd Əbu əl-Ata kimi adların hədəfə alındığı iddia edilib.

Şiddətli bombardmanlar nəticəsində Qəzza zolağında və şəhərin mərkəzində elektrik enerjisi kəsilib.

Bildirilib ki, Qəzzadan raket zərbələri endirilən zaman işğalçılar küçələri və evləri tərk edərək sığınacaqlarda gizləniblər.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Cənubi Koreya və ABŞ 17 Avqustdan birgə hərbi təlimlərə başlayır

Aynur Camal

Ekspert: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçdi

Aynur Camal

Ekspert: Vaşinqton anlaşmasından bir il sonra regionda yeni iqtisadi imkanlar yaranır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu