Baş xəbərDünya

Avropa və ABŞ Ukraynaya nüvə silahı verəcək?

“Qərb Ukraynaya nüvə silahı verərsə, Rusiya qabaqlayıcı zərbə endirməli olacaq”.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev nüvə silahının Ukraynaya ötürülməsi barəsində suala cavab olaraq bildirib.

Vyetnama səfəri zamanı jurnalistlərlə söhbətində Avropa və ABŞ-dan danışan Medvedev indiki vəziyyətdə “Kiyev rejiminə kifayət qədər təyyarə verəcəklərini” və üstəlik, bəlkə də nüvə silahı verəcəklərini istisna etməyib.

“Ancaq bu o deməkdir ki, onlar Ukraynaya nüvə yükü olan bir raket verməyi düşünür. Müharibənin dönməz qanunları var. Söhbət nüvə silahından gedirsə, qabaqlayıcı zərbə endirmək lazım gələcək”, deyə o bildirib.

Onun fikrincə, anqlosakslar isə işin bu yerə gəlməyəcəyinə inanırlar.

“Düşünürəm ki, bu qaçınılmazdır və müəyyən şərtlər altında ola bilər” – deyə Medvedyev əlavə edib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu