DünyaSiyasət

ABŞ Prezidenti Ərdoğanı təbrik etdi

Bugun.tv xəbər verir ki, 28 mayda keçirilən seçkilərin ikinci turunda qalib gələn Türkiyə Prezident R.T.Ərdoğana dünya liderlərindən təbrik zəngləri gəlməkdə davam edir.

ABŞ Prezidenti Bayden Ərdoğana telefonla zəng edərək onu yenidən seçilməsi münasibətilə təbrik edib. Prezidentliyin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, ABŞ prezidenti Bayden prezident Ərdoğanın seçkilərdəki uğurunu təbrik edib və nəticələrin türk xalqı üçün faydalı olmasını arzulayıb.

Türkiyə-ABŞ əlaqələrinin regional və qlobal çağırışlar qarşısında daha böyük əhəmiyyət kəsb etdiyini bildirən  liderlər yeni dövrdə iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Mənbə: SABAH

 

Bugün TV

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu