13 C
Baku
15 Aprel 2026, 20:34
Baş xəbərDünya

Ərdoğanın andiçmə mərasimində ən azı 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

Bugun.tv xəbər verir ki, sabah Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində azı 20 dövlət başçısı və 45 nazir iştirak edəcək.

Məlumata əsasən Azərbaycan Prezidenti İlham Əliyevin, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin, NATO-nun baş katibi Yens Stoltenberg həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanında iştirakı gözlənilir.

Qeyd olunub ki, mərasimdə Rusiyanı Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin təmsil edəcək.

Mənbənin məlumatına görə, Türkiyə liderinin şənbə gününə planlaşdırılan uzun proqramı var ki, bu proqramda Türkiyə Cümhuriyyətinin qurucusu Kamal Atatürkün məqbərəsini ziyarət etmək, and içmək, eləcə də yeni Nazirlər Kabinetinin tərkibini elan etmək daxildir.

Xatırladaq ki, Türkiyə Mərkəzi Seçki Komissiyası mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb. Seçkilərin nəticələrinə əsasən, Ərdoğan 52,18 faiz, rəqibi müxalifət lideri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səslə yenidən dövlət başçısı seçilib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu