Baş xəbərDünya

Azərbaycan İrana nota verdi

Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat katibi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbsinə münasibət bildirərkən deyib.

O xatırladıb ki, Fərid Səfərli barədə məlumat XİN-ə daxil olduğu martın 9-dan bəri onun aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi üçün İranın Azərbaycandakı səfirliyinə nota ünvanlanıb: “Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu haqda onun ailəsinə məlumat verilib”.

“Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına rəğmən, Səfərli barədə məlumat verildiyi ilk gündən həm XİN, həm də Təbrizdəki Baş Konsulluğumuz İranın aidiyyəti qurumları ilə danışıqlar aparır. Bununla yanaşı, Fəridin ailəsi və özü ilə davamlı əlaqə saxlanılır. Yaxın vaxtlarda Təbrizdəki Baş Konsulluğumuzun Səfərli ilə görüş keçirməsi üçün tədbirlər görülür” – deyə bildirilib.

Mənbə: Azadİran

Aynur Camal

Oxşar xəbərlər

Finlandiya şirkətinin nümayəndə heyəti AQTİ-də olub

Aynur Camal

Rabitə qülləsinə qara bayraq asan şəxs saxlanıldı

Nigar Məmmədova

Yaponiyada zəlzələdən sonra nüvə stansiyasında suyun səviyyəsi qalxdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu