Baş xəbərSiyasət

“Ermənilərlə birgə yaşamaq daha çox Ermənistanın özündən asılıdır”

“Azərbaycan xalqı tarix boyu öz tolerantlığı, digər din və mədəniyyətlərə hörmət etməsi ilə seçilib. Düşünürəm ki, sülh müqaviləsi imzalandıqdan sonra ermənilərlə birgə yaşamaq daha çox Ermənistanın özündən asılıdır. Biz bütün xalqlarla, bütün dinlərin nümayəndələri ilə bir yerdə yaşaya birliksə, ermənilərlə də yaşaya bilərik”.

Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov facebook hesabındakı paylaşımında qeyd edib. Onun sözlərinə görə, ermənilərlə birgə yaşamaq olar. Ancaq bununçün onlar bizə qarşı düşmənçiliyə, təbliğata, nifrətə son qoymalıdırlar. “Əgər onlar bu yolu seçsələr, Azərbaycan xalqına qarşı düşmənçilik davam etdirməsələr, azərbaycanlılara qarşı kin və nifrətin təbliğindən əl çəkə bilsələr, fikrimcə, bu mümkündür”, – millət vəkili C.Məmmədov vurğulayıb.

 

Bugün TV

Oxşar xəbərlər

Tramp Paşinyanı seçki qələbəsi münasibətilə təbrik etdi

Aynur Camal

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Çingiz Abdullayev – El Bakuvi yaradıcılığı…VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu