29.1 C
Baku
12 Avqust 2026, 23:56
Digər

“Qayınatam dedi ki, ikinci dəfə evlənməyinə icazə verirəm”

“Mayın 30-u idi, gecə dedi ki, gedək bir az dəniz havası alaq. Sual verdi ki, Röyal, hər gün gələ bilərik bura? Cavab verdim ki, əlbəttə. Uşaq kimi elə sevindi… Onun bu gülüşünü dərhal çəkmək istədim. O, mənə baxıb güldü. Bəli, bu nur üzlü xanım mənim həyat yoldaşımdır və mən o şanslı kişiyəm ki, bu cür namuslu, islamı, insanları sevən bir xanımla ailə qurmuşam”.

Bugun.tv Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal yazıb. O, aktrisaya məxsus olan instaqram səhifəsində onun görüntüsünü yayımlayaraq bunları əlavə edib:

Qayınatam mənə söylədi ki, Röyal, sənə icazə verirəm ailə qur. Dedim ki, evliyəm və mənim ailəm var, sadəcə dünyasını dəyişib. Nur üzlü yarım, övladımın anası, axirətdə görüşənədək. Sadəcə səbir edəcəyəm”.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu