Digər

Dinozavrın yeni növü tapıldı

Bugun.tv xəbər verir ki, İngiltərənin cənubundakı Uayt adasında zirehli bədənə malik yeni dinozavr növü aşkar edilib. O 145 milyon il əvvələ aid Wessex adlı yerdə tapılıb.

Yeni növ bitki yeyən ankilozavrlar qrupuna aid olan və 20 il Təbiət Tarixi Muzeyində işləyən professor Paul Barrettin şərəfinə Vectipelta Barretti adlandırılıb.

Vectipelta Barretti, sələfi polacanthus foxii-dən fərqli boyun və arxa sümüklərə malikdir. Mütəxəssislər onun bəzi Çin ankilozavrları ilə yaxından əlaqəli olduğunu söyləyərək, onların erkən Təbaşir dövründə Asiya və Avropa arasında dolaşdıqlarını irəli sürürlər.

Araşdırma “Journal of Systematic Paleontology“də dərc olunub.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu