Dünyaİdman

“Mançester Yunayted” Höilundu almaq fikrindən daşındı

“Mançester Yunayted” “Atalanta”nın hücumçusu Rasmus Höilundu almaq fikrindən imtina edib.

Bugun.tv xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, buna səbəb oyunçunun qiymətinin baha olmasıdır.

Bildirilir ki, bu həftə 20 yaşlı futbolçunun agentləri və klub nümayəndələri arasında görüş keçirilib. İtalyan klubunun rəhbərləri danimarkalı hücumçunun qiymətini təsdiqləyiblər. (100 milyon avro)

Qeyd edək ki, “Mançester Yunayted”  sözügedən futbolçunu bu qiymətin demək olar ki, yarısına almaq istəyirdi.

Hücumçunun özünün “qırmızı şeytanlar”ın düşərgəsinə keçməkdə maraqlı olduğu və təmsilçilərindən “berqamaskalılar”ın rəhbərliyinə təsir göstərməyi xahiş edəcəyi bildirilir. Eyni zamanda, “Yunayted” heç bir halda gənc futbolçu üçün 100 milyon avro ödəməyəcək.

2022/2023 mövsümündə Höilund bütün yarışlarda Atalanta üçün 34 matça çıxıb, on qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Xatırladaq ki, daha əvvəl “Bavariya”nın da 20 yaşlı hücumçu ilə maraqlandığı bildirilirdi.

 

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu