Dünyaİdman

“Espanyol”un hücumçusu Kral Klubunda…

“Espanyol” klubunun hücumçusu Joselu icarə əsasında “Real Madrid”ə keçib. Bugun.tv xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Madrid klubunun gələn mövsümün sonunda 33 yaşlı hücumçunu almaq imkanı var.

Joselu əvvəllər “Real Madrid” sistemində olub, Kral Klubunun gənclər komandasında çıxış edib.

Hücumçunun rəsmi təqdimat mərasimi sabah “Real Madrid”in doğma stadionunda baş tutacaq. Bundan sonra Joselu mətbuata danışacaq.

Xatırladaq ki, o, ötən mövsüm “Espanyol”un heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçunun Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Joselu Transfermarkt tərəfindən 6 milyon avro dəyərində qiymətləndirilib.

Bugün TV

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hava hücumu nəticəsində 2 nəfər öldü, 10 nəfər yaralandı

Aynur Camal

Avstraliya texnologiya şirkətlərini böyük cərimələrlə hədələdi

Aynur Camal

Tramp Kanadaya ultimatum verdi: Bombardier təyyarələrinin ABŞ-da satışı dayandırıla bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu