Baş xəbərKriminal

İnşaat materialları satmaq adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Quba rayon sakini Kənan Mirzəliyev saxlanılıb.


Araşdırmalarla müəyyən edilib ki, Kənan Mirzəliyev zərərçəkəni ona dəyəri 6.400 manat olan təmir-tikinti materialları satacağı vədini verərək aldadıb. Həmin şəxs Kənan Mirzəliyevin kartına pulu köçürəndən sonra isə sonuncu onunla əlaqəsini kəsib. Saxlanılan şəxsin eyni üsulla paytaxt ərazisində daha bir neçə şəxsi aldatdığı da müəyyən edilib.

Kənan Mirzəliyev barəsində 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, “102″ Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu