26 C
Baku
15 Sentyabr 2026, 12:55
Baş xəbər

Xocalı polisi şəhid ailələrinə qurban sovqatı payladı

Xocalı polisi qurban bayramı ilə əlaqədar rayonda yaşayan Vətən müharibəsi şəhidlərini, qaziləri və aztəminatlı ailələri ziyarət ediblər.

Bu barədə Bugun.tv-yə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib, onların qəhrəmanlıqlarından söhbət açılıb. Gətirilən bayram sovqatları ailələrə təqdim olunub və polislər bayram münasibətilə onları təbrik ediblər.

Şəhidlərimizin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Bugün TV

Oxşar xəbərlər

Mürvət Həsənli: Sahibkar artıq öz işi ilə məşğul ola bilmir

Aynur Camal

Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavinini qəbul edib – FOTO

Aynur Camal

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu