Baş xəbər

Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi qeyd olunub – FOTOLAR 

Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirdə polis şöbəsinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və veteranlar iştirak ediblər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər ərazisində ucaldılan abidəsini, daha sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qax şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə iştirakçılar ilk öncə Ümumilli Liderin və şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov əvvəlcə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və digər mükafatlar, polis veteranlarına isə hədiyyələr təqdim olunub.

Bugün TV

Oxşar xəbərlər

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi

Aynur Camal

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

Aynur Camal

Dünyanın ən “səs-küylü adam”ı müəyyənləşdi: Təyyarənin qalxmasına bərabər səs çıxarır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu