Baş xəbərSosial

İşsizlik ailələrin dağılmasına səbəb olur – SORĞU – FOTO + VİDEO

Bugun.tv-nin əməkdaşları indiki zamanda iş tapmağın asan olub-olmaması ilə bağlı əhali arasında sorğu keçiriblər.

Müxtəlif yaş kateqoriyalarından olan iştirakçılar mövzu ilə bağlı sualları cavablandırıblar. Əksəriyyəti gənclər olan sakinlərin fikirləri müxtəlif olub.

Gənclər iş tapmaq üçün bəzi şirkətlərin təcrübəyə üstünlük verdiklərini, onların isə təhsil aldıqları ixtisas üzrə heç yerdə işləmədikləri bəlli olub. Bəziləri isə indiki zamanda internet üzərindən iş tapmağın asan olduğunu bildiriblər.

Yaşlı təbəqənin üzvləri isə yeniyetmələrin təhsilə önəm vermədiyini bildirblər. Nəticədə işsizliyin baş alıb getdiyini söyləyiblər.

Sakinlər arasında son zamanlar boşanma hallarının artmasının səbəbini işsizliklə əlaqələndirənlər də olub.

Daha ətraflı videolinkdə:

Müxbir: Arzu İbrahimova, Operator: Samir Əliyev

Bugün TV

Oxşar xəbərlər

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Autizmli uşağa qarşı zorakılıq ciddi nəzarət tələbini gündəmə gətirdi

Elnarə Dərziyeva

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu