Baş xəbərKriminal

Atasından polisə şikayət edən şəxs öldü

Saat 16 radələrində Qəbələ rayonu Dizaxlı kənd sakini 48 yaşlı Soltanov Teymur Cəfər oğlu atası tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı polisə müraciət edib.

Bu barədə Bugun.tv-yə DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, torpaq sahəsinin zəbt edilməsinə görə özünü öldürəcəyini bildirən şəxs rayon polis şöbəsinə dəvət edilib. O sərxoş vəziyyətdə polis şöbəsinə gəldikdən sonra saat 19 radələrində qəfil halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Tibbi müdaxilələrə baxmayaq o, ürək tutmasından ölüb.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri (221, 243, 315) məhkum olunan şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Siyasi ekspert: ABŞ-ın Zelenskiyə təzyiqləri Ukraynanın gələcəyinə təsir edə bilər

Aynur Camal

Məhəmməd Əsədullazadə: Azərbaycanın artan geosiyasi mövqeyi ona qarşı təzyiqləri artırır

Aynur Camal

Bu şəxslərin pensiyalarına aylıq sabit əlavələr hesablanacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu