Dünya

Küveytdə cəsədlərin dəfni ilə bağlı qərar qəbul edildi

Bugun.tv xəbər verir ki, Küveytdə yayda həddindən artıq istilər səbəbindən cəsədlərin gecə basdırılmasına qərar verilib. Ölkə mətbuatında dərc olunan xəbərlərə görə, meyitlər iyul və avqust aylarında gecə dəfn oluna bilər.

Küveytdə çıxan “Ər-Ray” qəzetinin xəbərində bu qərarın həyata keçirilməsi üçün Vəqflər Nazirliyindən fətva alındığı bildirilib. Dəfn işlərinin asanlaşdırılması məqsədi ilə onların şam və xütbə namazları arasında aparılacağı qeyd olunub və bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlər də göstəriləcəyi bildirilib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

İran ABŞ-ı güzəştlərə məcbur etmək üçün təzyiq strategiyasını genişləndirir

Aynur Camal

Qara dənizdə Türkiyə bayraqlı yük gəmisinə dron hücumu – 4 ekipaj üzvü yaralanıb

Aynur Camal

İki yanğınsöndürmə helikopteri toqquşdu – iki nəfər həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu