12 C
Baku
14 Mart 2026, 17:16
Baş xəbərHadisə

Baş nazir çağırış etdi!

Bugun.tv xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seul və ətrafına təsir edən leysan yağışları səbəbindən ölkə daxilində xəbərdarlıq elan olunub.

Yonhap-ın xəbərinə görə, Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin açıqlamasında, meteorologiya mütəxəssislərinin yağıntıların artacağı xəbərdarlığından sonra həyəcan yüksəlib.

Güclü yağışlar nəticəsində 4000-ə yaxın ev işıqsız qaldığı halda, ölkə üzrə 77-si paytaxt olmaqla 136 nəfər təhlükəli ərazilərdən təxliyə edilib.

Cənubi Koreya Fəlakət və Təhlükəsizlik İdarəsi Başçılığından verilən açıqlamada, gecə boyu davam edən yağışların səbəb olduğu mənfiliklər səbəbiylə bir çox evin işıqsız qaldığı, səlahiyyətlilərin problemin həlli üçün çalışdığı qeyd edilib.

Açıqlamada 100-ə yaxın gəminin sahilə çıxdığı və ölkə boyu 34 reysin ləğv edildiyi, 250 hektar əkin sahəsinin də su altında qaldığı bildirilib.

Digər tərəfdən, açıqlamada iyulun 11-də ölkənin cənubundakı liman şəhəri Busanda yoxa çıxan 68 yaşlı qadından hələ də xəbərin olmadığı deyilib.

Cənubi Koreyanın baş naziri fövqəladə hallar iclasında can itkisinin qarşısının alınmasının vacibliyini vurğulayıb. Leysan yağışların vurduğu zərərin aradan qaldırılması üçün hər cür səy göstərilməsini tapşırıb.

“Bütün dövlət məmurlarını yağışlar bitənə qədər ayıq-sayıq olmağa və insan tələfatının qarşısını almaq üçün səy göstərməyə çağırıram”, – deyə o, əlavə edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu