Baş xəbərDünyaHadisə

SİHA-nın vurduğu xəstəxanada 5 nəfər öldü

Bugun.tv xəbər verir ki, Sudan ordusu aprelin ortalarından bəri qarşıdurmada olduğu Çevik Dəstək Qüvvələrini SİHA ilə xəstəxananı vuraraq 5 xəstəni öldürməkdə günahlandırıb. “Beynəlxalq humanitar hüququ və bütün müharibə normalarını pozmağa yanaşmalarını davam etdirən üsyançı milislər bu gün pilotsuz təyyarə ilə Umdurmandakı hərbi xəstəxananın təcili yardım otağını hədəfə alıb, 5 xəstəni öldürüb, əksəriyyəti mülki şəxslər olmaqla 22 nəfəri yaralayıb”, – Sudan ordusu bildirib.

TRT Haberin məlumatına görə, xəstəxananın mülki-əsgər fərqi qoyulmadan hər kəsə xidmət göstərdiyi bildirilən açıqlamada, hərbi xəstəxananın daha əvvəl də Çevik Dəstək Qüvvələri (HDK) tərəfindən dəfələrlə hədəfə alındığı bildirilib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu