25 C
Baku
27 Sentyabr 2026, 12:09
Dünya

“Qərb Rusiyanın ərzaq və gübrəsinə sanksiyalar tətbiq etməsə, biz Taxıl Sazişinə qayıda bilərik”

Bugun.tv xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi, Qərbin Rusiya ərzaq və gübrələrinə tətbiq etdiyi sanksiyalardan əl çəkəcəyi təqdirdə, iyulun 18-də fəaliyyətini dayandıracaq Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıdacaqlarını açıqlayıb.

Təxminən bir il əvvəl, 2022-ci il iyulun 22-də İstanbulda bir-biri ilə əlaqəli iki müqavilənin imzalandığını xatırladan bəyanatda bu paket sazişlərin qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıq təhlükəsinin azaldılması, Asiyanın inkişaf etməmiş ölkələrinə yardım kimi humanitar məqsədlər daşıdığı bildirilib.

“Bir ildən sonra bu sazişlərin həyata keçirilməsi üzrə işlərin nəticələri qənaətbəxş olmayıb”, – məlumatda deyilir.

Ukraynanın ərzaq ixracatının son ana qədər “Kiyevin və onun Qərb kuratorlarının maraqlarına xidmət etmək” məqsədi daşıdığı bildirillib.

Açıqlamada, “Ən kasıb ölkələrə, xüsusilə Efiopiya, Yəmən, Əfqanıstan, Sudan və Somaliyə cəmi 922 min 92 ton taxıl göndərildi” məlumatı verilib.

Mənbə: TRT Haber

 

Kəmalə Sultan

Oxşar xəbərlər

BMT: Dünyada 117 milyondan çox insan məcburi köçkün vəziyyətindədir

Aynur Camal

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu