13 C
Baku
18 Aprel 2026, 2:25
Baş xəbərKriminal

Su hövzəsinə çirkab suyu axıdan şəxs müəyyən edildi 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Əməliyyat zamanı çirkab suyunun su hövzəsinə axıdılması, həmçinin məişət tullantılarının su hövzəsinin kənarında qalaqlanması faktı aşkar edilib. Qeyd olunan faktla bağlı bir nəfər inzibati məsuliyyəttə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 264.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsinə əsasən protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu