Baş xəbərKriminal

Lənkəranda narkotik vasitə və çətənə kolları aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşları əməliyyat tədbirləri keçiriliblər. Əməliyyat nəticəsində çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Balıqçılar qəsəbəsinin sakini, Müqəddəs Qəmbərov saxlanılıb.Onun əvvəllərdə məhkum olduğu müəyyən edilib. M. Qəmbərovun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 41 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Daha sonra evə keçirilən baxış zamanı onun kultivasiya yolu ilə yetişdirdiyi çətənə bitkilərindən hazırladığı 3 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Şəfa ilə yazılan ömür yolu – Ələddin həkimin 69 yaşı tamam olur

Elnarə Dərziyeva

Süni intellektin hazırladığı ilk restoran fəaliyyətə başladı

Aynur Camal

FİFA Dünya Kuboku kommersiya hüquqlarının satış planına görə tənqid olunur: “Futbolun ruhu satılır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu