7 C
Baku
8 Fevral 2026, 10:54
Baş xəbərHadisə

Qum fırtınası baş verdi: 3 şəhərdə elektrik kəsildi

Bugun.tv xəbər verir ki, qum fırtınası Meksikanın şimalında yerləşən Sonora ştatında təsirli olub. Meksikadakı 3 şəhərdə elektrik enerjisinin kəsilməsinə və maddi ziyana səbəb olub. Tufan nəticəsində bir çox binanın damları uçub, aşmış ağaclar yolları bağlayıb və nəqliyyatın hərəkətinə mane olub. Qum fırtınası səbəbindən səma sarıya çevrildiyi üçün görmə qabiliyyəti azalıb. Sonora əyalətinin qubernatoru Alfonzo Durazo təbii fəlakətdən sonra verdiyi açıqlamada fırtına səbəbiylə insan itkisinin olmadığını, yanğınsöndürənlərin və mülki müdafiə qruplarının bölgədə dəymiş ziyanı aradan qaldırmağa çalışdığını bildirib. Qubernator Durazo həmçinin ictimaiyyətdən zərurət olmadıqca evlərini tərk etməməyi, sakit olmağı və səlahiyyətlilərin göstərişlərinə əməl etməyi xahiş edib. Fırtına ilə birlikdə daşıdığı toz və qumun xüsusilə astma, bronxit və allergik rinit xəstələrinin sağlamlığına mənfi təsir göstərdiyi bildirilib.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu