3 C
Baku
27 Yanvar 2026, 19:16
Dünya

Enerji sektorunda fövqəladə vəziyyət elan edildi

Bugun.tv xəbər verir ki, Qırğızıstanda enerji sektorunu böhrandan çıxarmaq üçün 3,5 il müddətinə fövqəladə vəziyyət elan edilib. Çaparov enerji sektorunda fövqəladə vəziyyətin elan edilməsi üçün iqlim dəyişikliyi, çaylarda suyun azalması, enerji istehlakının sürətli artımı və gücün çatışmazlığını göstərib. Enerji sektorunda fövqəladə vəziyyət 2023-cü il avqustun 1-dən 2026-cı il dekabrın 31-dək qüvvədə olacaq və bütün məsuliyyət energetika nazirinin üzərinə düşəcək. Energetika Nazirliyi fövqəladə vəziyyətdən irəli gələn bərpa olunan enerji mənbələrindən istifadə üçün yararlı torpaq sahələrinin təyin edilməsi və ayrılması hüququndan istifadə edəcək. Bərpa olunan enerji mənbələrindən istifadəyə yararlı torpaqların inventarlaşdırılmasını həyata keçirəcək nazirlik həmin torpaqlardan başqa məqsədlər üçün istifadə olunan torpaqları müəyyən edərək, onları enerji sektorunda obyektlərin tikintisi üçün istifadəyə verəcək. Enerji sektorunda fəaliyyət göstərən dövlət qurumlarına və şirkətlərə bir mənbədən mal, iş və xidmət almağa icazə veriləcək. Energetika naziri Taalaybek Ibrayev keçən həftə Nazirlər Kabinetinin iclasında enerji sektorunda fövqəladə vəziyyət elan edilməsini təklif edib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Davos Forumu: qlobal iqtisadiyyat dayanıqlığını qoruyur, lakin yeni risklər mövcuddur

Aynur Camal

Maduro rəhbərliyini ələ keçirəndən sonra beynəlxalq reaksiya dərinləşdi

Aynur Camal

Hindistan–AB əməkdaşlığı qlobal ticarətdə yeni mərhələ vəd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu