Dünya

Yağışların səbəb olduğu qəzalarda ölənlərin sayı 133 nəfərə çatdı

Bugun.tv xəbər verir ki, Pakistanda 25 iyundan bəri davam edən musson yağışlarının səbəb olduğu fəlakət və qəzalarda həyatını itirənlərin sayı 133-ə, yaralıların sayı isə 215-ə yüksəlib. İyunun 25-dən bu yana ölkədə davam edən musson yağışlarının törətdiyi fəlakət və qəzalarda Pəncabda 65, Xeyber-Paxtunxvada 35, Sinddə 10, Bəlucistanda 6, İslamabadda 11, Azad Cammu Kəşmirdə 5, Bəlğitdə 5, Bəlistanda isə 12 nəfər olmaqla, 133 nəfər həyatını itirib. Ölkənin ticarət mərkəzi olan Kəraçidə yağan yağışlar daşqınlara səbəb olub. Şəhərin bəzi yerlərində küçələri, evləri və mağazaları da su basıb. Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Nikol Paşinyan: “Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”

Aynur Camal

Kömürü qaza çevirməyi hədəfləyən 3,9 milyard dollarlıq layihəyə start verildi

Aynur Camal

Putin: Strateji nüvə qüvvələrimizi inkişaf etdirməyə davam edəcəyik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu