Yunanıstan
DünyaHadisə

İliya bölgəsində yanğın baş verdi

Bugun.tv xəbər verir ki, meşə yanğınları ilə mübarizə aparan Yunanıstanın İliya bölgəsində yeni yanğının başladığı açıqlanıb. Ehtiyat tədbiri olaraq bəzi yaşayış məntəqələri boşaldılıb. Digər tərəfdən yanğının dünəndən etibarən nəzarət altına alındığı Rodos adasında isə yeni yanğına qarşı yanğınsöndürənlər hazır vəziyyətdə saxlanılır. Səlahiyyətlilər, bəzi bölgələrdə qalan vətəndaşlar və turistlər cib telefonlarına “Evlərinə sağ-salamat dönə bilərsiniz.” mesaj göndərdi. Kənd Təsərrüfatı İnkişafı və Qida Nazirliyinin ilk hesablamalarına görə, Rodos adasındakı yanğında 2500 heyvan tələf olub, 50 min zeytun ağacı məhv olub. İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin Mülki Müdafiə Baş Katibliyinin dərc etdiyi Yanğın Riskinin Proqnozu Xəritəsinə əsasən, sabah üçün “çox yüksək” yanğın riski 4-cü kateqoriya olaraq müəyyən edilib. Yunanıstanda iyulun 17-də başlayan meşə yanğınlarına Türkiyə, İsrail, Misir, Bolqarıstan, İtaliya, Malta, Fransa, İordaniya, Polşa, Rumıniya və Slovakiya yardım göndərib. Kənd Təsərrüfatı və Meşə Nazirliyinə məxsus iki amfibiya yanğınsöndürmə təyyarəsi və bir yanğınsöndürmə helikopteri prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə iyulun 22-də 9 nəfərlik uçuş heyəti ilə Afinaya gəlib. Rodos adasındakı yanğınlarda Türkiyədən göndərilən təyyarələr işləyir.

Müxbir: Şəms Elnuqızı

 

Bugün TV

Oxşar xəbərlər

ABŞ-da süni intellekt müəllim robotunun istifadəsi etirazlardan sonra dayandırıldı

Aynur Camal

Həyat yoldaşının zirzəmi arzusu 23 ildə möhtəşəm yeraltı şəhərə çevrildi

Aynur Camal

CNN: Çində gənclər artıq loqolu brendlər deyil, “mənəvi lüks” axtarırlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu