Dünya

Həyat yoldaşının zirzəmi arzusu 23 ildə möhtəşəm yeraltı şəhərə çevrildi

Ermənistanda sadə bir ailə istəyindən başlayan layihə illər sonra qeyri-adi turizm məkanına çevrilib. Arinj kəndində yaşayan inşaat ustası Levon Arakelyan həyat yoldaşının kartof və digər tərəvəzləri saxlamaq üçün kiçik zirzəmi tikmək xahişindən sonra başladığı qazıntını tam 23 il davam etdirib.

Əvvəlcə cəmi bir neçə metrlik zirzəmi qazmağı planlaşdıran Arakelyan zaman keçdikcə bu işi özünün ən böyük həyat layihəsinə çevirib. O, əsasən çəkic və iskənə kimi sadə əl alətlərindən istifadə edərək hər gün saatlarla çalışıb, hətta bəzi dövrlərdə gündə 18 saata qədər qazıntı aparıb.

Uzun illərin zəhməti nəticəsində evinin altında 21 metr dərinliyə çatan, pilləkənlər, dəhlizlər və geniş otaqlardan ibarət təsirli yeraltı kompleks yaradılıb. Həyat yoldaşı Tosyanın sözlərinə görə, Levon zamanla bu işi böyük həvəslə davam etdirib və gördüyü yuxuların ona ilham verdiyini deyib.

Levon Arakelyan 2008-ci ildə vəfat etsə də, onun inşa etdiyi yeraltı kompleks bu gün də yaşayır. “Levon’s Divine Underground” adı ilə tanınan bu məkan hazırda turistlərin ziyarət edə bildiyi məşhur yerlərdən biridir və hər il çoxsaylı qonaqları qəbul edir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da süni intellekt müəllim robotunun istifadəsi etirazlardan sonra dayandırıldı

Aynur Camal

CNN: Çində gənclər artıq loqolu brendlər deyil, “mənəvi lüks” axtarırlar

Aynur Camal

Avropada meşə yanğınlarının söndürülməsi üçün cəmi bir neçə gün vaxt qalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu