Baş xəbərKriminal

Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı

Bugun.tv xəbər verir ki, narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimə olunub
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonunun Sərçuvar kəndi ərazisində “Honda” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücü – Lənkəran rayon sakini 37 yaşlı Yalçın Əliyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1.2-ci maddəsi ilə (il ərzində təkrar sərxoşluğa görə) protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Y.Əliyevə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırmaqla 800 manat dəyərində cərimə tətbiq olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu