Baş xəbərSosial

Yasamalda iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bugun.tv xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Bakı şəhərinin Yasamal rayonunda H. Cavid prospekti, məhəllə 556/57 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov İlqar Vüqar oğluna məxsus olan ictimai iaşə müəssisəsində yoxlama həyata aparılıb.Yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, divarların asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasını mümkün edən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin olunmadığı, işçilər üçün dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz olunmuş soyunub-geyinmə otağının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış nöqsanlarla əlaqədar protokol tərtib edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Naxçıvan sahibkarları 10 il müddətinə bir sıra vergilərdən azad ediləcək

Aynur Camal

Naxçıvan Azərbaycanın yeni geosiyasi xəritəsində strateji qovşağa çevrilir

Aynur Camal

Məhəmməd Əsədullazadə: Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi yaxın perspektivdə mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu