Pakistanın baş naziri
DünyaHadisə

Pakistanın keçmiş baş naziri İmran Xan həbs edildi

Bugun.tv xəbər verir ki, Pakistan polisi məhkəmə qərarı ilə Pakistanın keçmiş baş naziri İmran Xanı Lahordakı evində həbs edib.

Yerli mətbuatın məlumatına görə, Xan baş nazir olarkən aldığı hədiyyələrin təfərrüatlarını açıqlamadığı üçün mühakimə olunur.

İslamabad Məhkəməsi Xanı 3 il həbs cəzasına məhkum edib, onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl Pakistanın ədliyyə və hüquq naziri Əzəm Nazir Tarar İmran Xanın 5 il müddətinə siyasətdən uzaqlaşdırıldığını bildirib.

Pakistan qanunlarına görə, baş nazirlər, nazirlər, bürokratlar və yüksək rütbəli dövlət məmurları xarici dövlət xadimlərindən alınan hədiyyələr barədə “Toşaxana” adlı idarəyə məlumat verməyə borcludurlar. Bildirilir ki, PTI hökuməti dövründə İmran Xana təqdim edilən hədiyyələr barədə o xəbər verməyib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Balıq tutulsun deyə dağ göllərinə milyonlarla balıq buraxıldı, ekosistem böhranı yarandı

Aynur Camal

Makron BMT-də Qəzzadakı vəziyyəti tənqid etdi: “Hamımız üçün utancvericidir”

Aynur Camal

Avropa kəşfiyyatından Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu