Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın S-200 raketi ilə ikinci dəfə Krım körpüsünə hücum etməyə cəhd etdiyini açıqlayıb.
“Moskva vaxtı ilə saat 15.00 radələrində Kiyev rejimi S-200 hava hücumundan müdafiə raketi ilə Krım körpüsündə yeni terror hücumu həyata keçirməyə cəhd etdi”.
Açıqlamada, Rusiya hava hücumundan müdafiə raket sistemlərinin Ukrayna raketini havada olarkən təsbit edib vurduğu, hər hansı dağıntı və itki olmadığı bildirilib.
Nazirlik Ukraynanın gecə saatlarında 20 pilotsuz uçuş aparatı (PUA) ilə Krım yarımadasına hücum etməyə cəhd etdiyini və PUA-ların havada vurulduğunu deyib.
Müxbir: İntizar Əmirova
