DünyaHadisə

Qatil balina Lolita 50 ildən çox saxlandığı akvariumda öldü

Bugun.tv xəbər verir ki, qatil balina Lolita ABŞ-ın Mayami şəhərində 50 ildən çox əsirlikdə saxlandığı akvariumda, tutulduğu Sakit Okeana buraxılması planlaşdırıldığı halda ölüb.

“Tokitae” kimi tanınan Lolitanın saxlandığı Mayami Dəniz Akvariumundan verilən açıqlamada 57 yaşlı Lolitanın böyrək xəstəliyindən öldüyü bildirilib.

Açıqlamada Lolitanın son iki gündə ciddi narahatlıq əlamətləri göstərməyə başladığı və səylərə baxmayaraq müalicəyə reaksiya vermədiyi deyilib.

Qeyd edək ki, Lolita 1970-ci ildə 4 yaşında ikən tutularaq Mayami dəniz akvariumuna satılıb.

2022-ci ildən bəri ictimaiyyətə nümayiş olunmayan Lolita 6 metr dərinliyindəki çənin içində yaşayırdı.

Bugün TV

Oxşar xəbərlər

Kalininqradda tikilən yeni radar Avropanın böyük hissəsini izləyə bilər

Aynur Camal

Karib dənizində 50-dən çox ölkənin lideri mühüm sammit üçün toplaşır

Aynur Camal

60 ildən sonra nadir böcəyin yenidən çoxaldığına dair sübut tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu