10 C
Baku
24 Aprel 2026, 0:59
Baş xəbərHadisə

Nigeriyada difteriya epidemiyası 26 nəfərin həyatına son qoyub

Bugun.tv xəbər verir ki, Nigeriya Milli İlk Yardım İnkişafı Agentliyinin (NPHCDA) Bauchi Dövlət Koordinatoru Dr. Rilvanu Məhəmməd bildirib ki, əyalətdə difteriya epidemiyası yayılmaqda davam edir.

Məhəmməd ölkədə indiyədək 180 difteriya hadisəsinin qeydə alındığını, epidemiya səbəbindən 26 nəfərin həyatını itirdiyini bildirib. Epidemiyaya tutulanların əksəriyyətinin peyvənd olunmadığı qeyd edilib.

Bauçi ştatında difteriya epidemiyası səbəbindən məktəblərdə təhsil dayandırılıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Nigeriyada yanvar-iyul aylarında difteriyadan 122 uşağın öldüyünü açıqlayıb.

Quş iflici olaraq da bilinən difteriya, “corynebacterium diphtheriae” adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu