DünyaSiyasət

İlk dəfə Meksikada prezident seçkilərində iki qadın yarışacaq

Bugun.tv xəbər verir ki, Meksikada 2024-cü ildə keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədinin Mexiko şəhərinin keçmiş meri solçu Klaudiya Şeynbaum olduğu bildirilir.

Milli Şuranın sədri Alfonso Durazo açıqlamasında bildirib ki, milli sorğunun nəticələrinə görə Şeinbaum 39,4 faiz səslə namizədlər arasında ən yüksək nəticə əldə edib.

Durazo qeyd edib ki, Şeynbaum 2024-cü il iyunun 2-də ölkədə keçiriləcək prezident seçkilərində Milli Yeniləşmə Hərəkatının (MORENA) prezidentliyə namizədidir.

Şeynbaum 2024-cü ildə keçiriləcək prezident seçkilərində müxalifət partiyasının namizədi, senator Xochitl Galvezlə mübarizə aparacaq.

Beləliklə, Meksika tarixində ilk dəfə iki qadın namizəd prezidentlik yarışında liderliyi ələ keçirmək üçün meydana çıxacaq.

Kəmalə Sultan

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu