Baş xəbərDigər

Kursantlarla praktiki məşğələlər keçirilib

Bugun.tv xəbər verir ki, 2023-cü ilin tədris planı və proqramına uyğun olaraq Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə praktiki məşğələlər keçirilib.

Əvvəlcə kursantlar simulyasiya trenajorunda dəqiq nişanalma qaydalarını məşq ediblər.

Atəş şəhərciyində təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırıldıqdan sonra müxtəlif normativlər icra olunub.

Hərbi institutun kursantları silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkarlanaraq atəşlə məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Məşğələlərin keçirilməsində əsas diqqət kursantların silahlardan istifadə bacarıqlarının artırılmasına, eləcə də praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Vüqar Bayramov: Şuşanın iqtisadiyyatı Zəfərdən sonra 44 dəfə böyüyüb

Aynur Camal

100 il – Televiziya və radio işçilərinin peşə bayramıdır

Aynur Camal

Bakıda “Zəfərdən doğan günəş” adlı tədbir keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu