11 C
Baku
29 Aprel 2026, 16:05
Baş xəbərDigər

Azərbaycan və Qazaxıstan nümayəndələrinin işçi görüşü keçirildi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup hərbi qulluqçusu bu ölkədə səfərdə olub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Tərbiyə və İdeoloji İş Departamentinin rəhbərliyi və müvafiq idarələrinin heyətləri ilə görüşlər keçirib.

Görüşlərdə ideoloji işin təşkili, hərbi psixoloqların hazırlığı, orduda mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb, müxtəlif mövzulara dair brifinqlər təqdim edilib.

Təcrübə mübadiləsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Həmçinin nümayəndə heyəti Astana şəhərində yerləşən Milli Müdafiə Universitetində tərbiyəçi zabit və psixoloqların müvafiq tədris prosesi ilə tanış olub, Milli Hərbi Vətənpərvərlik Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Şəkəri azaltmağın 8 effektiv yolu: dietoloqdan tövsiyələr

Aynur Camal

Trampdan İrana sərt mesaj: “Tezliklə ağıllı olmalıdırlar”

Aynur Camal

Rusiya Qələbə Günü paradını hərbi texnikasız keçirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu