Baş xəbər

Kəlbəcər istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Bugun.tv xəbər verir ki, saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb.

Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.

 

Bugün TV

Oxşar xəbərlər

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi

Aynur Camal

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

Aynur Camal

Dünyanın ən “səs-küylü adam”ı müəyyənləşdi: Təyyarənin qalxmasına bərabər səs çıxarır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu