11 C
Baku
13 Mart 2026, 18:05
Digər

Silsilə oğurluqlar edən dəstə üzvləri saxlanıldı

Bugun.tv xəbər verir ki, Qubada silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat zamanı rayonun müxtəlif ərazilərindən silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunan 4 nəfər saxlanılıb.

Onlar Quba rayon sakini Rəşad Quliyev, Beyləqan rayon sakinləri Nadir Nadirli, Bəxtiyar Nərimanov və Gəncə şəhər sakini Röyal Hüseynovdur.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olublar. Onlar birlikdə rayon ərazisində olan evlərə girərək oradan 1350 manat pul, 100 ABŞ dolları və ümumi dəyəri 1110 manatdan çox edən qızıl-zinət əşyaları oğurlayıblar.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Rəşad Quliyev, Nadir Nadirli və Bəxtiyar Nərimanovun barəsində həbs, Röyal Hüseynovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Məktəbə endirilən zərbə ABŞ istehsalı “Tomahawk” raketi ilə həyata keçirilib”

Aynur Camal

İsrail ordusu Livanın cənubundakı 6 yaşayış məntəqəsinə hücumla hədələdi

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Ramazan nəfsin tərbiyəsi ayıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu