Baş xəbərSəhiyyə

Qənirə Paşayeva vəfat etdi

Bugun.tv “Qafqazinfo” ya istinadən xəbər verir ki,, Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Həddindən artıq zülal qəbulu böyrəklərə əlavə yük yarada bilər

Aynur Camal

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Ukrayna siyasəti Moskvanın maraqlarına uyğunlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu