Baş xəbərDünya

İsrail Müdafiə Nazirinin bəyanatı: “Bu müharibə vəziyyəti həmişəlik dəyişəcək”

Bugun.tv xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, ölkəsinin Qəzza zolağında fələstinli qruplarla müharibəsi vəziyyəti həmişəlik dəyişəcək. İsrail mətbuatında yer alan xəbərlərə görə, Qalant Qəzza sərhədi yaxınlığında blokadaya alınmış ərazilərə baxış keçirib.

TRT Haber-in məlumatına görə, İsrail ordusunun HƏMAS-ı məhv edəcəyini bildirən Gallant, “Qəzzada bütün tunellərə çatacaqlarını və Fələstinli qrupların bütün üzvlərini məhv etmədikcə missiyalarını yerinə yetirmiş olmayacağını” bildirib. Fələstin qrupları ilə İsrail ordusu arasında gedən müharibəyə işarə edən Gallant, “Bu, güclü bir müharibə olacaq, ölümcül bir müharibə olacaq, həlledici bir müharibə olacaq və vəziyyəti sonsuza qədər dəyişdirəcək bir müharibə olacaq” dedi.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

ABŞ və Rusiya investisiya fonduna qarşı sanksiyaları müzakirə edir

Aynur Camal

Yanacaq bahalaşdı, lüks kruiz gəmisinin dünya səyahəti yarımçıq qaldı

Aynur Camal

Şimali Koreya dənizə doğru 10-a yaxın ballistik raket buraxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu