Baş xəbərDünya

İsrail ordusu: 3 Hizbullah üzvü Livan sərhədində hava hücumuna məruz qaldı

Bugun.tv xəbər verir ki, İsrail ordusu Livan sərhədində 3 Hizbullah üzvünün hava hücumu ilə hədəf alındığını açıqlayıb. İsrail ordusundan verilən yazılı açıqlamada sərhəddə 3 Hizbullah üzvünün təsbit edildiyi və qruplaşmaya havadan atəş açıldığı bildirilib.

TRT Haber-in məlumatına görə, İsrail ordusunun snayperlərinin Livanla sərhəd bölgəsində fəaliyyət göstərdiyi təsbit edilən silahlı şəxslərə atəş açdığı da bildirilib. Oktyabrın 8-də İsrail ordusu ilə Livan sərhədində Hizbullah arasında başlayan qarşıdurmada 12 Hizbullah üzvü, 2 İslami Cihad üzvü və biri jurnalist olmaqla 3 mülki şəxs həyatını itirib. Livanın həyata keçirdiyi hücumlarda iki İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

ABŞ-ın İrana zərbəsi zamanı yaşayış binasının zədələndiyi bildirilir

Aynur Camal

Suriyada türk hərbçilərini görən uşaqların sevinc anları yenidən gündəmdədir

Aynur Camal

Rusiya: Ukraynanın 7 bölgəsində hərbi hədəfləri vurduğunu açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu