Baş xəbərHadisə

Əskişəhərdə tramvayda yanğın baş verdi

Bugun.tv xəbər verir ki, Əskişəhərdə nasazlıq və yanğın səbəbiylə tramvayların hərəkəti bir müddət dayandırılıb. Böyükşəhər Bələdiyyəsi daxilində fəaliyyət göstərən və şəhər içi nəqliyyatı təmin edən tramvayların xidmətləri Atatürk Liseyi dayanacağında avtomobildə baş verən kiçik yanğın səbəbiylə bir müddət dayandı.

TRT Haber-in məlumatına görə, Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə alov söndürülüb. Yanğın və təxminən 1 saat davam edən nasazlıq səbəbindən sərnişinlər təcili yardım avtobusları ilə daşınmalı olub. Nasazlıq aradan qaldırıldıqdan sonra tramvay fəaliyyəti bərpa edilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Sərnişin qatarı relsdən çıxdı: 11 nəfər yaralandı

Aynur Camal

Xorvatiyada meşə yanğını turizm şəhərinə çatıb: 36 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu