Hollandiya, Rhenen, miqrasiya, sığınacaq mərkəzi, etiraz aksiyası, polis, miqrantlar, qarşıdurma
DünyaHadisə

Hollandiyada miqrasiya əleyhdarları polislə toqquşdu

Bugun.tv xəbər verir ki, Hollandiyanın Rhenen şəhərində sığınacaq axtaranlar və miqrantlar üçün qəbul mərkəzinin yaradılmasına etiraz edən qrup ilə polis arasında qarşıdurma baş verib.

Ensonhaber-in məlumatına görə, etiraz zamanı bəzi nümayişçilər polis əməkdaşlarına atəşfəşanlıq vasitələri atıblar. Hadisə zamanı asayişi qorumaq üçün polis müdaxilə edib.

Məlumata əsasən, qarşıdurma nəticəsində çox sayda şəxs saxlanılıb. Etirazçılar şəhərdə sığınacaq və miqrantların yerləşdirilməsi üçün yeni qəbul mərkəzinin yaradılmasına qarşı çıxıblar.

Hollandiyada miqrasiya və sığınacaq məsələsi son dövrlərdə ictimai müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Popkorn niyə çölə doğru açılır? Səbəbi təzyiq və buxardır

Aynur Camal

Tramp ABŞ-ın dizel ixracını qadağan edə biləcəyini açıqladı

Aynur Camal

Fransada lisey şagirdlərinin etirazlarında 202 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu