24 C
Baku
15 Sentyabr 2026, 23:21
Baş xəbərDünya

İordan çayının qərb sahilində yəhudi mühacirlər bir fələstinlini öldürdü

Bugun.tv xəbər verir ki, İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhəri yaxınlığında yəhudilərin hücumu nəticəsində bir fələstinli ölüb. Bir qrup yəhudi köçkün Nablusun Es-Saviye qəsəbəsində zeytun toplayan fələstinlilərə hücum edərək atəş açıb.

TRT Haber-in məlumatına görə, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada Es-Saviye qəsəbəsində bir yəhudi mühacirlər tərəfindən sinəsindən güllə ilə vurulan 40 yaşlı fələstinli Bilal Muhammed Salehin həyatını itirdiyi bildirilib. Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri və ya yəhudi mühacirlər tərəfindən öldürülən fələstinlilərin sayı 111-ə yüksəlib. Fələstin Səhiyyə Nazirliyi bu müddət ərzində İordan çayının qərb sahilindəki hücumlarda 1900-dən çox insanın yaralandığını açıqlayıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Payız geyimlərini daha bahalı göstərən 3 faktura

Aynur Camal

Əlcəzairdə qanunsuz silah dövriyyəsi ilə terrorizm arasındakı əlaqə müzakirə edildi

Aynur Camal

SUNLAB 10 illik peşəkarlıq və etimad yolunu qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu