Bugun.tv xəbər verir ki, bahalı və baxımlı görünən geyim tərzi üçün mütləq yüksək qiymətli paltarlar almaq lazım deyil. Bəzən geyimin necə göründüyünü onun qiymətindən çox, parçanın səthi, sıxlığı, parlaqlığı və ümumi quruluşu müəyyən edir.
Lady Mail yazır ki, payız mövsümündə geyimlərdə müxtəlif parçaların bir araya gətirilməsi daha baxımlı görüntü yaratmağa imkan verir. Xüsusilə üç faktura – zamşa, yun və hamar dəri payız qarderobunu daha zəngin və səliqəli göstərə bilər.
Zamşa yumşaq və tutqun səthi ilə geyimə daha mürəkkəb görünüş verir. Zamşa çanta, çəkmə, gödəkçə və ya kəmərdən yalnız birini istifadə etmək belə ümumi görünüşü dəyişə bilər. Tünd qəhvəyi, şokolad, tütün və konyak çalarları payız geyimləri ilə xüsusilə yaxşı uyğunlaşır.
Yun parçalar, xüsusilə bukle, kaşmir qarışıqları və sıx kostyum yunu isə geyimin formasını daha yaxşı saxlayır. Belə parçalar düz biçimli palto və pencəkləri daha ifadəli göstərir. Yun materialını dəri, ipək və ya atlas kimi hamar səthlərlə birləşdirmək də uğurlu seçim sayılır.
Hamar dəri isə geyimə daha dəqiq və səliqəli görünüş verir. Keyfiyyətli dəri çanta, kəmər, əlcək və ya ayaqqabı sadə palto və trikotaj dəsti belə daha yığcam göstərə bilər.
Ekspertlərə görə, bahalı görünüş yaratmaq üçün çoxlu aksesuar və gözqamaşdırıcı detallar əvəzinə, materialların düzgün uyğunlaşdırılması daha effektlidir.
Mənbə: mail.ru
