12 C
Baku
30 Aprel 2026, 22:39
Baş xəbərDigər

İstanbulda 29 oktyabr bayramı ilə əlaqədar bəzi yollar nəqliyyata bağlandı

Bugun.tv xəbər verir ki, İstanbulda Vətən küçəsi və onu birləşdirən yollar 29 Oktyabr Respublika Bayramı mərasimləri ilə əlaqədar saat 06:00-dan etibarən nəqliyyatın hərəkətinə bağlanıb.

TRT Haber-in məlumatına görə, İstanbul Valiliyindən verilən açıqlamaya görə, 29 Oktyabr Respublika Bayramı mərasimləri zamanı Adnan Menderes Bulvarının (Vətən CD.) gediş-gəliş və girişləri nəqliyyata bağlanıb. Ümumi istifadədə olan yolun cənub istiqaməti Bayrampaşa qovşağından başlayaraq nəqliyyatın hərəkəti üçün bağlanıb və nəqliyyat axını yan yola yönəldilib. Digər tərəfdən, mərasim zamanı sürücülərə alternativ yol kimi Turqut Özal Millət küçəsi, Fevzipaşa küçəsi, Atatürk Bulvarı, Sahil Kennedi küçələrindən istifadə etmələri tövsiyə edilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Ukrayna fövqəladə vəziyyət rejimini 90 gün daha uzatdı

Aynur Camal

Rusiyadan OPEC+ ilə bağlı açıqlama: “Ayrılmaq planımız yoxdur”

Aynur Camal

Axios: ABŞ hərbi rəhbərliyi Trampa İranla bağlı yeni planlar barədə brifinq verəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu