7 C
Baku
28 Yanvar 2026, 23:48
Baş xəbərHadisə

Bugun.tv xəbər verir ki, Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 54-cü kilometrliyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Həsənov İbrahim Əkbər oğlunun idarə etdiyi “Mercedes” markalı, 04-BJ-781 dövlət qeydiyyat nişanlı marşrut xətti üzrə hərəkət edən sərnişin avtomobili ilə Hacıyev Murad Adil oğlunun idarə etdiyi “Howo” markalı, 77-DT-640 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan Salyan rayon sakini 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xaliq oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Kristin qasırğası təhsili və nəqliyyatı iflic etdi

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

İlham Əliyev sərəncam imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu